Könül Xasıyeva evini satışa çıxardı – Əsas səbəb

14:54 | 9 Dekabr, 2019
“Anam xəstə olduğu üçün bütün işlərimi təxirə salmışam”.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti Könül Xasıyeva Şəkidəki evini satışa qoymasının da anasının səhhəti ilə bağlı olduğunu bildirib:
“Düzdür, Şəkidəki evi satıram. Çünki o evdə xəstə anam qalır. Həmçinin, ora gedib-gəlməyimiz çətindir. Artıq anam da yaddaşını itirib. Anamızın yanımızda olması üçün onu Bakıya gətirmək istəyirik. Anamdan sonra Şəkidəki evdə yaşayış olmayacaq. Ona görə ev satılmasa, ora batıb gedəcək”.
Könül Xasıyeva özünün səhhətinin yaxşı olduğunu qeyd edib:
“Hər hansı problemim yoxdur. Özümü də yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm. Bu yaxın vaxtlarda konsert verməyi düşünmürəm. Hazırda yalnız anamın səhhəti ilə məşğulam. Onun müalicələrinin düzgün şəkildə getməsi üçün əlimdən gələni edəcəm. Çünki beyin damarlarında quruma gedir. Heç kəsi, hətta məni belə tanımır. Atam dünyasını dəyişəndən sonra tamamilə yaddaşını itirdi”.
Mövzunu Facebookda şərh et