backend

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildəki erməni icması bu ölkənin Akko şəhərinin meri Şimon Lankrini Azərbaycanı müdafiə etdiyinə və 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışdığına görə açıq təhdid edir.
bu barədə “The Jewish Press” nəşrində İsrailin Bar-İlan Universitetinin baş elmi əməkdaşı Aleksandr Murinson yazıb.
Müəllifin bildirdiyinə görə Şimon Lanki 1992-ci ildə Xocalıda azərbaycanlıların kütləvi qətliamı haqda açıq danışdığına və bu vəhşiliklərdən necə dəhşətə gəldiyini ifadə etdiyinə görə İsraildə yaşayan ermənilərdən təhdid mesajları alır.
Məqalədə İsraillə Azərbaycan arasında sıx ikitərəfli münasibətlərdən bəhs olunur. Bildirilir ki, mer Şimon Lankri də bir neçə il əvvəldən başlayaraq İsrailin mərkəzi, regional və yerli hakimiyyət orqanlarının çoxsaylı digər rəsmiləri kimi Azərbaycanla münasibətlər yaradıb. “Xocalıya ədalət” devizi altında keçirilən beynəlxalq kampaniya çərçivəsində bu qanlı soyqırım Aktına dair səyyar fotosərginin keçirilməsinə dəstək verib. Mer bu günlərdə AzərTAC-a müsahibəsində ermənilərin azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən dəhşətə gəldiyini deyib. Bütün bunlar İsraildəki azsaylı, lakin güclü erməni diasporunun xoşuna gəlməyib.
 
Aleksandr Murinsonun qeyd etdiyi kimi İsraildə 20 minə yaxın erməni yaşayır, onların bir çoxu prestijli peşələrin sahibidir, vacib ictimai postlar tuturlar. İsrail erməniləri siyasi baxımdan fəaldır və onlar Knessetin üzvü Zahava Qalyon kimi ultrasolçulara siyasi təsir göstərərək Ermənistanın maraqlarını təmin etməyə çalışırlar.
“İsrail ictimai xadimlərinin erməni icmasından olan siyasi fəalların açıq təhdidləri ilə üzləşməsinə yol vermək olmaz. Təəsüf ki, mer Lankri kimi azərbaycanyönümlü xadimlərin ermənilərin hücumlarına məruz qalmasına İsrail mətbuatı məhəl qoymayıb. Baxmayaraq ki, bu praktika müvafiq ictimai reaksiya tələb edir”-israilli analitik yazır.
//virtualaz.org