Əlişir Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edildi – SƏRƏNCAM

18:00 | 9 Dekabr, 2019

Prezident İlham Əliyev Ə.V.Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Mövzunu Facebookda şərh et