İsmayıllıda maşın ağaca çırpıldı, 4 nəfər xəsarət aldı, biri xəstəxanada öldü

18:09 | 9 Dekabr, 2019

Dekabrın 7-də saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində kənd sakini İ.İsmayılov idarə etdiyi “Mercedes” markalı 50 CB 580 N-li avtomobili yolun kənarındakı ağaca vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ramal Abışov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mövzunu Facebookda şərh et