Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi

19:27 | 9 Dekabr, 2019

AĞ Partiya İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.

Bu barədə partiyanın sədri Tural Abbaslı xəbər verib. Onun sözlərinə görə, toplantı gündəliyinin əsas məsələsindən biri növbədənkənar parlament seçkiləri və partiyanın bu vəziyyətdə atacağı addımlar olub:

“Bu istiqamətdə idarə heyətinin üzvlərinin gərgin və hərtərəfli analizi və müzakirələri oldu. Yekunda məsələ səsverməyə çıxarılaraq qərar qəbul edildi. Beləliklə, İdarə Heyətinin yekdil qərarıyla AĞ Partiya 09.02.2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində partiya olaraq iştirak edəcək. İlkin hesablamalara əsasən, bu seçkidə AĞ Partiya 25 namizədlə iştirak etmək niyyətindədir. Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür”.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.