Gürcüstanda 2 nəfərdə “donuz qripi” tapıldı – Biri uşaqdır

01:02 | 10 Dekabr, 2019

Gürcüstanda qış mövsümündə ilk dəfə “donuz qripi”nə (H1N1) yoluxma halı qeydə alınıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Batumidə bir nəfər virusa yoluxub. Bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili məlumat verib. Onun sözlərinə görə, virusa yoluxan yeniyetmədir.

Bundan başqa, Tbilisidə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib.

Hər iki xəstə ötən həftə xəstəxanaya yerləşdirilib.