Kəmaləddin Heydərovun elan etdiyi tenderdə bacanağı qalib oldu

05:52 | 10 Dekabr, 2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) elan etdiyi tenderdə qalib nazir Kəmaləddin Heydərovun bacanağı Hikmət İsmayılov olub.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C. Həsənli bildirib ki, Fövqəladə Hallar Nazirliyi nazirliyin aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin “qalibi”ni bu gün elan edib: “Qalib elə Kəmaləddin Heydərovun öz şirkəti – CBS-PP MMC-dir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat bazasında bu şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin isə Kəmaləddin Heydərovun bacanağı – Hikmət İsmayılov Abuzər oğlu olduğu qeyd edilib. Şirkət 2010-cu ildən indiyədək (sonuncu tender istisna olmaqla) əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 1 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub”.

//Pravda.az