Bal ayında bədbəxt hadisə – Yeni evlənən cütlüyün faciəsi – FOTO

14:45 | 10 Dekabr, 2019

Yeni Zellandiyada baş verən vulkan püskürməsi nəticəsində xəsarət alanlar arasında bal ayına çıxan amerikalı cütlük də var.

Editor.az Nyu-York Post-a istinadla xəbər verir ki, Matthew-Lauren Urey cütlüyü ailə qurduqdan sonra dincəlmək üçün Yeni Zellandiyaya yollanıblar. Lakin, baş verən bədbəxt hadisə nəticəsində onların ikisi də ağır bədən xəsarətləri alıblar.

Onlardan birinin bədəninin 80, digərinin isə 20 faiz hissəsi yanıb. 36 yaşlı Matthew helikopterlə xəstəxanaya çatdırılıb. 32 yaşlı Lauren isə Oklend dövlət xəstəxanasına yerləşdirilib.

Matthew hadisə baş verən zaman yaralı vəziyyətdəykən anasına səs göndərib və qəzaya düşdüklərini bildirib.

Qeyd edək ki, Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 35 nəfər xəsarət alıb, 5 nəfər ölüb.