Əli Əhmədov: “Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır”

12:02 | 11 Dekabr, 2019

“Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır”.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi – Sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: “Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”.

 

Mövzunu Facebookda şərh et