Qəzada ölən şagirdlərin kimliyi məlum oldu – FOTO

12:10 | 11 Dekabr, 2019

Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.