Sahibkarlar tələb etdi: Başçı dərhal “EuroHome”a getdi

14:40 | 11 Dekabr, 2019
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən “EuroHome” ticarət mərkəzinə gedib.
Bu barədə Binəqədi Rayon İcra hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.
İcra başçısının hazırda zərərçəkən sahibkarların şikayətini dinlədiyi bildirilir.
Qeyd edək ki, az öncə sahibkarlar yanan ticarət mərkəzinin önünə yığışaraq, dəyən ziyana görə kompensasiya ilə bağlı rəsmi şəxslərlə görüş istəmişdilər.
Mövzunu Facebookda şərh et