Türkiyə XİN: Aİ ikili standartların tətbiqini dayandırmalıdır

21:07 | 11 Dekabr, 2019

“Avropa İttifaqı (Aİ) Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır”.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-nin Türkiyə ilə Liviya arasında imzalanan sazişlə bağlı narazılığını şərh edərkən deyib.

Nazir bildirib ki, Türkiyə və Aİ əməkdaşlıq etməli və münasibətləri möhkəmləndirməlidir:

“Türkiyə, əvvəllər olduğu kimi, problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır”.

Qeyd edək ki, Ərdoğan və ölkənin müəyyən hissəsinə nəzarət edən Milli Birlik Hökumətinin rəhbəri Fayez Sarrac noyabrın sonunda hərbi sahədə əməkdaşlıq və dəniz zonaları haqqında qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə – Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb.