Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

04:34 | 12 Dekabr, 2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm