Çempionlar Liqasında rekord – Bu qədər qol vurulmamışdı

15:02 | 12 Dekabr, 2019

2019/20 mövsümü Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, yarışın bu dəfəki gedişatında rekord göstərici qeydə alınıb. İlk dəfə məhz bu qrup mərhələsində ən çox qol (308) vurulub. İndiyədək rekord 306 qolla 2017/18 mövsümündə qeydə alınmışdı.

Qrupda ən çox qol vuran komanda “Bavariya” (24), futbolçu isə münhenlilərin hücumçusu Robert Levandovski (10) olub.