Evə gizli kamera qoyan qadın dəhşətə gəldi – Ən yaxın rəfiqəsi…- FOTO

16:25 | 12 Dekabr, 2019

Evinə gizli kamera quraşdıran qadın görüntüləri izlədikdə şoka düşüb.

Editor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərədə doğulan 27 yaşlı Samantha Wood adlı qadın uşaqlıq rəfiqəsinin xəyanəti ilə üzləşib.

Ərindən boşandıqdan sonra oğluyla birlikdə yaşayan Samantha rəfiqəsi Melissanı bacısı qədər çox istəyib. Lakin, o, illər sonra rəfiqəsinin əsl üzünü görüb.

Belə ki, hər gün onların evinə girən Melissa əslində oğru imiş. O, Samanthanın çətinliklə yığdığı pullarını oğurlayırmış.

Evinə gizli kamera quraşdırdıqdan sonra bunu öyrənən qadın oğru rəfiqəsinin şəkillərini sosial şəbəkələrdə paylaşaraq onu biabır edib.

Mövzunu Facebookda şərh et