“İlham Əliyevin və Mehriban xanımın sayəsində sabahımız daha da işıqlı olacaq” Münasibət

19:54 | 12 Dekabr, 2019

“Ulu Öndərin irsi bu gün layiqincə qorunur və təmsil olunur”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib.

Oktay Hacımusalı bildirib ki, Ulu Öndər Heydər Əliyevin bizlərə əmanət qoyub getdiyi siyasi kurs bu gün böyük uğurla davam etdirilir: “Son dövrlərdə həyata keçirilən islahatlar əslində Ulu Öndərin siyasi kursuna sadiq cənab Prezidentin və onun uğurlu komandasının göstərdiyi sədaqətin bariz göstəricisidir. Ölkə başçısının və ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın xüsusən insan kapitalına verdiyi önəm, son dönəmlərdə gənc kadrların ön çəkilməsi, mədəniyyətimizə və incəsənətimizə diqqət və qayğı, bütün bunlar hamısı Ulu Öndərin əsasını qoymuş olduğu siyasətin uğurla davam etdirilməsini göstərir. Xüsusi ilə Mehriban xanımın bir qadın və bir ana şəfqəti ilə insanlara yanaşmasının özü belə onu göstərir ki, Heydər Əliyevin miras qoyduğu Azərbaycanımız da bu gün də əmin əllərdədir. Ruhun şad olsun, Ulu Öndər! Heç şübhəsiz ki, xilas etdiyin və sayəndə çiçəklənən Azərbaycan bundan sonra da əmin əllərdədir, cənab İlham Əliyevin və Mehriban xanımın sayəsində sabahımız daha da işıqlı olacaq”.

Mövzunu Facebookda şərh et