Davudoğlu siyasi təşkilat yaradır – Qeydiyyat üçün müraciət edib

00:34 | 13 Dekabr, 2019
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP – ilə rəqabət aparmaq üçün öz siyasi təşkilatını formalaşdırmağı qəraralaşdırıb.
Editor.az «lefigaro.fr »ə istinadən xəbər verir ki, bu barədə «AFP »yə  Ə.Davudoğlunun yaxın ətrafı məlumat verib. Xəbərdə bildirilir ki, bu gün Ə.Davudoğlu «Gələcək Partiyası » adlı siyasi təşkilatını qeydiyyata aldırmaq üçün Türkiyə Daxili İşlər Nazirliyində olub.
Qeyd edək ki, 60 yaşlı Ə.Davudoğlu 2014-2016-cı illərdə baş nazir vəzifəsində çalışıb.