backend

QMİ sədrinin müavini: Gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kişi həyat yoldaşı ilə evdəki bütün işlərə şərik olmalıdır. Əgər evdə yemək yoxdursa, kişi qadına irad bildirmədən zəhmət çəkib yeməyi özü hazırlamalıdır. Yaxud gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir. Uşaq ağlayanda qadına “Uşağı sən dünyaya gətirmisənsə, sən də saxlamalısan” deyib, başqa bir otağa keçməyi İslam dini bağışlamır”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İslam dinində qadın hüquqları kişi hüquqlarından qat-qat üstündür, dində qadına yüksək dəyər verilir.
F. Nurullayev qeyd edib ki, İslam dinində heç bir fanatizm, ikrah yoxdur, dinimiz gözəlliklərlə doludur.
“Qadın var, kişiyə zülüm edir, çox deyinir. Kişi də var, nəinki həyat yoldaşına, hətta övladlarına da əzab verir”, – deyə F. Nurullayev vurğulayıb.
///APA