Novruz Məmmədovun oğluna yüksək vəzifə verildi

14:37 | 13 Dekabr, 2019
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.
Unikal.org-un məlumatına görə, Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.
Xəbəri DİN-dən təsdiqləyiblər.