Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

00:45 | 14 Dekabr, 2019

Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qətnaməni qınayan müvafiq sənədi hakim Ədalət və İnkişaf Partiyası, CHP, HDP, MHP və “İYİ Parti” partiyaları imzalayıblar.

Xatırladaq ki, ötən gün ABŞ Senatı Osmanlı İmperiyasında 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.