Evsizlərə yardım üçün canlı yayıma lüt çıxdı – Xeyriyyə məqsədli əxlaqsızlıq – FOTO

12:26 | 14 Dekabr, 2019

İngiltərədə yaşayan 22 yaşlı Instagram fenomeni qəribə hərəkəti ilə müzakirələrə səbəb olub.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Gemma McCourt adlı həvəskar model Yeni il-də evsizlərə və kimsəsizlərə yardım məqsədi ilə 24 saat boyunca əxlaqsızlıq edib.

Sosial şəbəkələrin birində 24 saat canlı yayım açaraq fanatları üçün lüt soyunan Gemma 1400 funt-sterlinq pul toplaya bilib.

Vanna otağından canlı yayım edən Gemma duş aldığı anın görüntülərini izləyiciləri ilə bölüşüb.

O, əxlaqsızlıqla qazandığı pulun hamısının kimsəsizlərə bağışlanacağını elan edib.

Gemmanın bu hərəkəti birmənalı qarşılanmayıb. O, təndiq hədəfinə çevrilib.

 

Mövzunu Facebookda şərh et