Bakıda sərnişin dayanacaqda öldü – FOTO

00:38 | 17 Dekabr, 2019

Bakıda ölüm hadisəsi baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun parkı yaxınlığında qeydə alınıb. Ərazidəki dayanacaqda avtobus gözləyən orta yaşlı kişi qəfildən yıxılaraq ölüb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, sərnişin ürək çatışmazlığından vəfat edib. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et