“Neftçi”nin futbolçusu xəstə olan xanımına görə Ukraynaya getdi – FOTO

18:12 | 17 Dekabr, 2019

“Neftçi”nin ukraynalı legioneri Kiril Petrov üçün il bitib.

Editor.az sportinfo.az-a istinadən xəbər verir ki, müdafiəçi 2019-da Bakı klubunun formasını geyməyəcək.

Dünən “Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununu buraxan oyunçu cavab matçına da çıxmayacaq.

Petrova vacib oyunöncəsi icazə verilməsinin səbəbi ailəsindəki problemdi. Xanımı xərçəngə tutulan legioner rəhbərlikdən icazə alıb. Həyat yoldaşının müalicəsi davam edir, amma hazırda onun vəziyyəti ağırdır.

Mövzunu Facebookda şərh et