İcra başçısının həbsi haqda rəsmi açıqlama: “Məlumat yoxdur…”

18:00 | 19 Dekabr, 2019

Yayılan xəbərə görə, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, prokurorluqda yerli icra hakimiyyətinin rəhbərliyi ilə bağlı məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bildirib ki, polisdə icra başçısının və müavinin həbs olunması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Mətbuatda yayılan məlumata görə, Nizaməddin Quliyev keçmiş nəqliyyat naziri Ziya Məmmədova yaxın icra başçısı olub.

İqtisad elmləri namizədi olan Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Mövzunu Facebookda şərh et