Bəyin keçmiş sevgilisi şadlıq sarayına gəlib, gəlini şillələdi – VİDEO – FOTO

13:07 | 20 Dekabr, 2019

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

görüntülərdə toy zamanı zala daxil olan qısqanc qadının gəlinə şillə vurması əks olunub.

Kadrlar Meksikada, Mexiko şəhərində çəkilib. Anidən əsəbi halda zala daxil olan orta yaşlı qadın “Riçard, sən evlənə bilməzsən. Mən səni sevirəm, onunla evlənmə”, – deyə qışqırıb.

3 nəfər qadına mane olmağa çalışsalar da, o, gəlinə şillə vurub. Gəlin isə “onu çölə çıxarın” deyə, qışqıraraq ağlayıb.

 

Mövzunu Facebookda şərh et