Blokda qanlı “razborka”: tanışının bacısına sataşdı…backend

Blokda qanlı “razborka”: tanışının bacısına sataşdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Editor.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin iyulun 21-də saat 17 radələrində Xətai rayonunda yerləşən evin blokunda Elşən Məmmədov tanışı, 1987-ci il təvəllüdlü Fuad Hüseynovu bıçaqlayıb.

Məlum olub ki, Fuad Hüseynov hadisədən əvvəl Elşən Məmmədovun bacısını təhqir edib. Bacısının Fuad Hüseynov tərəfindən təhqir olunduğunu eşidən Elşən Məmmədov onun yaşadığı ünvana gedib.

Orada Elşən Məmmədovla Fuad Hüseynovun arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Fuad Hüseynov “Azərsutikinti” xəstəxanasına yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.