Fotoqraf porno çəkirəm deyib, qızları aldadıb, zorladı – FOTO

14:48 | 21 Dekabr, 2019

Porno videolara çəkilmək istəyən qadınlara qarşı dələduzluq edən fotoqraf saxlanılıb.

studiyasına gəlib, soyunub, kameralar qarşısında cinsi əlaqədə olan qadınlara kələk gələn fotoqraf Paul Brown təcavüzdə ittiham olunur.

İşlədiyi yeri məşhur porno agentliyi kimi təqdim edən Paul qızları porno ulduz olacağına inandıraraq onlarla intim münasibətdə olub.

Facebook vasitəsi ilə qadınları yoldan çıxardan Paul onların potensial porno ulduz olacağını söyləyib, sonra da studiyalarına dəvət edib. Kastinq zamanı modellərlə könüllü cinsi əlaqədə olan Paul onları məşhur etmək əvəzinə, öz cinsi tələbatını ödəyib.

Bir müddət sonra videolarını saytlarda görməyən 11 qız Paul barəsində polisə şikayət ərizəsi yazıblar. Hakim qarşısına çıxarılan fotoqraf iddiaları təkzib edib.