backend

Bakıda avtobus qəzası – Xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda marşrut avtobusu qəza törədib.
“Report” xəbər verir ki, hadisə NZS qəsəbəsində baş verib.
10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.
Avtobusun sürücüsü Kərimov Ziyafət Müşviq oğlu ağır xəsarət alıb.
Qəza nəticəsində onun döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.