“Qalatasaray”dan 4-cü məğlubiyyət

06:44 | 22 Dekabr, 2019

Türkiyə Super Liqasında XVI tur davam edir.

Editor.az  apasport.az-a istinadən bildirir ki, turun ikinci günündə 3 matç keçirilib.

Son çempion “Qalatasaray” “Göztəpə”nin qonağı olub. Meydan sahibləri 2:1 hesablı qələbəyə imza atıb. Bu, Fatih Terimin yetirmələrinin mövsümdə 4-cü məğlubiyyəti olub.

Digər matçlarda qonaqlar qalib gəliblər. “Rizəspor” “Yeni Malatyaspor”u, “Qaziantep” 7 qolun vurulduğu oyunda “Kasımpaşa”nı məğlub edib.

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XVI tur
21 dekabr
“Yeni Malatyaspor” – “Rizəspor” – 0:2

Çağlayan, 6, Umar, 72
“Kasımpaşa” – “Qaziantep” – 3:4
Sarı, 10, Kuarejma, 57, Tiam, 80 – Kayode, 7, 44 (pen), Ozer, 21, Ciloboci, 33
“Göztəpə” – “Qalatasaray” – 2:1
Cerom, 9, Akbunar, 61 – Qassama, 27 (avtoqol)

Mövzunu Facebookda şərh et