backend

İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəzərdə batan şəxsin meyiti sudan çıxarılıb.
Editor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.