Xanımı ulduz futbolçuya məşhur boksçu ilə xəyanət etdi – FOTO

12:55 | 25 Dekabr, 2019

“Mançester Siti”nin ulduzu Riyad Mahrez həyat yoldaşı Rita Mahrezin xəyanəti ilə üzləşib.

Editor.az fanat.az-a istinadən xəbər verir ki, 26 yaşlı modelin ərinə peşəkar boksçu Antoni Coşua ilə xəyanət etdiyi iddia olunub.

İddia olunur ki, gecə klublarının birində əylənən Rita Mahrez və Antoni Coşua bir müddət sonra yaxınlaşmağa başlayıb.

Həmin gecə klubunda olan şahidlərdən biri boksçunun bir müddət sonra modeli VİP masasına dəvət etdiyini bildirib. Onun iddiasına görə, onlar bir qədər sonra öpüşməyə başlayıblar.

Mövzunu Facebookda şərh et