backend

13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təbrik və alqış sədaları altında 13 yaşlı oğlan yaşıdı olan hamilə qızın əlindən tutur, onun barmağına üzük taxır.
Onlar bəylə gəlindir.
Toy Çinin Haynan vilayətinin Dinqan bölgəsində olub.
Toyun videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub. Haynan şəhərinin hakimiyyət strukturları 13 yaşlı hamilə qızın ərə verildiyi toyun təşkilatçılarını arayırlar.
Polisdən verilən məlumata görə, ərə verilən 13 yaşlı qız 5 aylıq hamilədir.
Bəylə gəlin 13 yaşlı, yəni yetkinlik yaşına çatmamış olduqlarından onların nikahı rəsmiləşdirilməyib.
Çində nikah yaşı qadınlar üçün 20, kişilər üçün 22-dir. Buna rəğmən, ölkə əyalətlərində erkən nikahların sayı az deyil.
///Milli.Az