backend

Azərbaycanlı uşaq canlı yayımda sualı ilə Putini güldürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı şagirdin NTV telekanalının canlı yayımında Rusiya prezidenti Vladimir Putinə verdiyi sual marağa səbəb olub.
NTV-də yayımlanan, azərbaycanlı olan İradə Zeynalovanın “Nedetskiy razqovor s Vladimirom Putinım” proqramında Mariya Ağayeva prezidentdən uşaqlıqda dəcəllik edib-etmədiyini soruşub.
“Uşaq vaxtı siz nadinclik, dəcəllik etmisiniz”, – deyə M.Ağayeva sual verib.
Bu sual Putin üçün gözlənilməz olub və Rusiya prezidenti gülümsəyərək uşaq vaxtı dəcəllik etdiyini bildirib.
Qeyd edək ki, Mariya Ağayeva amor.az saytına müsahibəsində bildirib ki, atası Ruslan Ağayev azərbaycanlıdır və o, Bakıda anadan olub.
//baku.ws