Prezident İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib – FOTO

15:48 | 29 Dekabr, 2019

Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsdi.

Mövzunu Facebookda şərh et