Şəbnəmin “Həci”si ona ağ brilliant bağışladı – FOTO

15:53 | 29 Dekabr, 2019

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşının ona hədiyyə etdiyi boyunbağı ilə gündəmə gəlib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq konsertindən qayıdan sənətçi ad gününü ailəsi ilə qeyd edib.

Tovuzlunu hər zaman diqqətdə saxlayan həyat yoldaşı onu bu dəfə də bahalı hədiyyə ilə sevindirib. Ağ brilliantlarla bəzədilmiş sərvət dəyərində boyunbağını Şəbnəm sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Daha sonra məşhur boyunbağını boynuna taxaraq, bahalı hədiyyəni reklam edib.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun həyat yoldaşı “Həci” ona tez-tez bahalı qızıl-zinət əşyaları hədiyyə edir. Həmin hədiyyələri “Instagram” hesabında paylaşan ifaçının bu addımı izləyicilər tərəfindən həm maraq, həm də qəzəblə qarşılanır.