İranlı kontr-admiral: Yaxın Şərqdə ABŞ-ın erası başa çatdı

18:06 | 29 Dekabr, 2019

ABŞ artıq Yaxın Şərq bölgəsində tam fəaliyyət azadlığına sahib deyil.

“Nezavisimaya qazeta” xəbər verir ki, bu sözləri İranın Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Hüseyn Xanzadi deyib.

“Bu gün ABŞ-ın regionda fəaliyyət azadlığı erası başa çatdı və ABŞ qüvvələri tədricən bölgəni tərk etməlidir. Güman edirik ki, regional təhlükəsizlik xarici qüvvələrin iştirakını tələb etmir, region ölkələri özləri birlikdə təhlükəsizliyə zəmanət verə bilərlər”, – Xanzadi bildirib.

Mövzunu Facebookda şərh et