Bakıda ər-arvad viskidən zəhərləndi – Durumları kəskin ağırdır

14:18 | 30 Dekabr, 2019
Daha bir neçə nəfər spirtli içikidən zəhərlənib, onların gözündə ciddi fəsadlar yaranıb.
Hadisə dünən baş verib.
Ər-arvad Bakıdakı restoranlardan birində az miqdarda içki içdikdən sonra vəziyyətləri pisləşib, hətta bu, onların gözünə də mənfi təsir edib.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzin Tiksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib. O bildirib ki, hazırda Toksikologiya şöbəsində müalicə alan ərin vəziyyəti ağırdı:
“Ər-arvad şöbəyə dünən daxil olub. İçki içdikdən sonra vəziyyətləri pisləşib. Qadının vəziyyəti stabil ağır olsa da, ərinin vəziyyəti kəskin ağırdır”.
Baş toksikoloqun sözlərinə görə, hazırda şöbədə 4 nəfər spirtli içkidən zəhərlənmə diaqnozu ilə müalicə alır:
“İçki zəhərlənməsilə 4 xəstəmiz ayrı-ayrı vaxtlarda daxil olub. Dünən qəbul edilən xəstərlər ər-arvaddır. Ümumilikdə 4 xəstədən ikisinin vəziyyəti kəskin ağırdır, digər iki nəfərin vəziyyəti ağır stabildir. Zəhərlənmə elə bir şeydir ki, bu, gözə də, digər orqanlara da mənfi təsir göstərə bilir. Amma “içki içib kor olub, gözü tutuldu” məlumatlarını ictimailəşdirən jurnaslitlərdən xahiş edirəm ki, dəqiqləşməmiş məlumatları yayıb ajiotaj yaratmasınlar. Zəhərlənmə var, amma bu, kütləvi deyil. Viski toksiki təsir göstərib və həkimlər bununla məşğul olurlar”.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, son günlər gözdəki narahatlıqla bağlı müraciət edən xəstələrin sayında artım var:
“Bizə spirtli içki qəbul etdikdən sonra göz problemi ilə bağlı müraciət edənlərin sayı artıb. Mən bir həkim, bir vətəndaş kimi vətəndaşlara tövsiyə edirəm ki, mümkün qədər belə içkidən uzaq dursunlar. İçkidən zəhərlənmə çox ciddi fəsadlara gətirib çıxara bilər”.
Mövzunu Facebookda şərh et