Araz Əlizadə deputat olmaq istəmir

17:59 | 30 Dekabr, 2019

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, A.Əlizadə bunu səhhətində olan problemlərlə əlaqələndirib.

 

Qeyd: 35 saylı Xətai üçüncü seçki dairəsindən əsas namizədlər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Turan Əliyevdir.