Azərbaycanlı müğənninin telefonundan görün hansı məşhur iş adamının FOTOsu çıxdı

18:26 | 30 Dekabr, 2019

Zaur Baxşəliyev aparıcısı olduğu proqramda bu yaxınlarda azadlığa çıxan “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov barədə danışıb.

bu məqamda aparıcının həyat yoldaşı Günay diqqətləri verilişin qonağı Manaf Ağayevin telefonuna yönəldib. Xanım aparıcı müğənninin telefonunun “üz qabığında” olan şəkili tamaşaçılara təqdim edib.

Günay həmin şəxsin sözügedən şəxs – İlham Qasımov olduğunu bildirib. Sonra Manaf da xanım aparıcının addımını təkrarlayaraq məşhur iş adamının şəkilini kameralara göstərib.

Qeyd edək ki, dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən Manaf Ağayevin yaxın dostu İ.Qasımov 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin martında Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən apellyasiya şikayəti üzrə prosesdə İlham Qasımovun məhkumluq cəzası 15 ildən 12 ilə endirilmişdi.

İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Çovdarov bir neçə dəfə onu nazirliyə apararaq həbslə hədələyib külli miqdarda pul alıb. Bu məbləğin miqdarı 250 min dollar civarında göstərilir. İ.Qasımov isə məşhur milyarder Gülağa Qəmbərovun (Tənha) şikayəti əsasında həbs edilib. İ.Qasımovun iş ortağı şair Tənhaya 19,5 milyon manat “atdığı” iddia edilirdi.

Mövzunu Facebookda şərh et