Süleymaninin nəşi İrana gətirildi – FOTO

12:52 | 5 Yanvar, 2020

ABŞ-ın hücumu nəticəsində İraqda öldürülən general Qasım Süleymaninin nəşi İrana gətirilib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə artıq Əhvaz şəhərinə enib. Süleymani ilə vida mərasimi İranın bir neçə şəhərində keçiriləcək. Daha sonra isə general Kirmanda dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığındakı əraziyə raket zərbələri nəticəsində Qasım Süleymani öldürülüb.

Mövzunu Facebookda şərh et