Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr TƏYİN ETDİ

18:23 | 8 Yanvar, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.A.Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilsin”.

Prezident digər sərəncamı ilə Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilsin”.