backend

Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi icarəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, ümumilikdə respublikada qeyri-neft sektorunun o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.
Eyni zamanda, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.
//Trend