Ermənistandan Ukraynaya böyük xəyanət

19:14 | 10 Yanvar, 2020

Bu ilin mart ayından Ukraynanın işğal edilmiş Krım (Simferopol) bölgəsi ilə İrəvan (Ermənistan) arasında müntəzəm təyyarə reyslərinin açılması planlaşdırılır.

Editor.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə separatçı bölgənin “parlamentinin turizm, kurortlar və idman komitəsinin rəhbəri” Aleksey Çernyak bildirib.

Çernyak qeyd edib ki, bu ilin mart ayından etibarən Krım və Ermənistan arasında müntəzəm uçuşların həyata keçirilməsi planlaşdırılır:

“İkar Hava Yolları Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən müntəzəm uçuşlar üçün müvafiq icazə və təsdiq alıb. Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır”.

Onun sözlərinə görə, Simferopol və İrəvan arasındakı hava yolu Krımın Rusiyaya “birləşməsindən” sonra ilk müntəzəm beynəlxalq reys olacaq”.

Mövzunu Facebookda şərh et