Sinə böyütmə əməliyyatından çıxan qadın dəhşətə gəldi – FOTO

13:47 | 11 Yanvar, 2020

Qadının iri sinəyə sahib olmaq arzusu kabusa çevrilib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə sinə böyütmə əməliyyatı etdirən 28 yaşlı qadın eybəcər hala düşüb.

28 yaşlı Zara Rodriguez əməliyyat üçün İstanbula yollanıb. O, qarnındakı piyləri çıxartdırıb, ombasını və sinəsini böyütdürüb.

8 saat davam edən əməliyyatdan sonra qadının sinəsindəki silikona infeksiya düşüb və təcili çıxarılmalı olub.

Əməliyyatdan sonra güzgüdə özünə baxan qadın şoka düşüb. Belə ki, sinəsindəki silikon çıxarılan qadının sinəsi əvvəlkindən də balaca ölçüdə olub və üzərində tikiş izləri qalıb.

İngiltərədə yaşayan qadın sosial şəbəkədə paylaşım edərək qadınları diqqətli olmağa, əməliyyatdan əvvəl düzgün həkim və klinika seçməyə səsləyib.

Mövzunu Facebookda şərh et