İbrahimoviç qayıdışını qolla qeyd etdi – “Milan” qələbə qazandı

22:25 | 11 Yanvar, 2020

“Milan” İtaliya A seriyasında “Kalyari”nin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, bu mövsüm stabil çıxış ilə yadda qalmayan “Milan” səfərdə 2:0 hesabı ilə qalib gəlib. Qonaqların ikinci qolunu yeni transfer Zlatan İbrahimoviç vurub.

Bununla da isveçli hücumçu sabiq klubuna qayıdışını qolla qeyd edib.