backend

Lerikdə broyler fabrikində baş verən hadisəyə qaz sızması səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.
Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.
hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.
Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.
Bunu açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.
O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür.
M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.
 
Lerik rayonunda broyler fabrikində partlayış olub.
hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
//APA