Bakıda dəhşət: Fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı – VİDEO

12:45 | 14 Yanvar, 2020

Bakının mərkəzində, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında dəhşətli cinayət törədilib.

Editor.az  oxu24.com-a istinadən xəbər  verir  ki, 1980-ci il təvəllüdlü İnarə Əli adlı qadın yaşadığı binada  zorlanaraq, binanın 16-cı mərtəbəsindən aşağı atılıb. Hadisə yerinə gələn polis əməkdaşları  araşdırmaya başlayıb. Müəyyən olunub ki, qadını binada tikintidə işləyən fəhlə əvvəlcə liftdə zorlamaq istəyib. Orada qadına güc tətbiq edərək əllərini bağlayıb və yuxarı aparıb. Qadını zorladıqdan sonra  onun pullarını, qızıllarını, mobil telefonlarını götürüb.

Daha sonra qadının başına çəkiclə vuraraq öldürüb. Cəsədi 16-cı mərtəbədəki mənzilin pəncərəsindən  küçəyə atıb. Hadisəni binada işləyən Mehdi Nəcəfov törədib.

Hadisə ilə bağlı ətraflı vidoenu təqdim edirik: