Bakıda marşrut avtobusu qəza törətdi: ÖLƏN VAR

15:06 | 14 Yanvar, 2020

Bakıda marşrut avtobusu ağır qəza törədib.

hadisə Binəqədi-Novxanı yolunda baş verib.

165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb./Publika.az

Mövzunu Facebookda şərh et