backend

Aeroportda sərnişin: "Çantamda bomba var"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Atatürk hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları bir sərnişini saxlayıblar.
həmin şəxs çantasında bomba olduğunu deyib.
Qeyd olunur ki, baqaj yoxlaması zamanı təhlükəsizlik əməkdaşı sərnişindən çantada elektron qurğunun olub-olmaması barədə soruşub. O isə cavabında “Xeyr, elektron qurğu yoxdur, amma bomba var” deyib.
Daha sonra həmin sərnişin zarafat etdiyini desə də, onun baqajında axtarış həyata keçirilib, özü isə polis bölməsinə aparılıb.
//Trend