Həsən Ruhani: “İran hazırda daha çox uran zənginləşdirir “

00:25 | 17 Yanvar, 2020

İran prezidenti Həsən Ruhani televiziya çıxışı zamanı bildirib ki, hazırda İran 2015-ci il nüvə sazişindən əvvəl uran zənginlənşdirilməsindən daha çox uran zənginləşdirir.

“Hazırda razılaşma əldə edilməmişdən əvvəlki dövrlə müqayisədə daha çox uran zənginləşdiririk … İrana təzyiq artıb, amma irəliləməyə davam edirik” deyə bildirb.

İran tədricən nüvə sahəsindəki fəaliyyətlərini Vaşinqtonun 2018-ci ildə paktdan çıxmasına və ölkə iqtisadiyyatına xələl gətirmiş sanksiyaların geri qaytarılmasına cavab olaraq artırıb.